Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 93% artıb

Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 93% artıb

28 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hesabat dövründə hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən ümumilikdə 9123 elektron müraciət daxil olub. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 93 faiz artım qeydə alınıb.

Qeyd edək ki, elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi xidmətlərə çıxış imkanlarını asanlaşdırmaqla yanaşı, vaxta qənaət etməyə, işlərin tam şəffaf və rahat şəkildə həll olunmasına da kömək edir.