Azərbaycanın sığorta bazarı 6 %-dən çox böyüyüb

Azərbaycanın sığorta bazarı 6 %-dən çox böyüyüb

27 Sentyabr 2026

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 115,395 milyon manat sığorta haqqı toplanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 773,153 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,1 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57,6 manat olub.