DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər -

DTX və XKX rəisləri Zəfər parkını ziyarət ediblər - FOTO

27 Sentyabr 2026

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəisi general-polkovnik Orxan Sultanov 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı şəhərindəki Zəfər parkını ziyarət ediblər.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə xidmətdən məlumat verilib.

Bildirilib ki, xidmət rəisləri memorial kompleksin girişindəki abidənin önünə gül dəstələri düzərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar.