Ötən ay sosial müavinət və təqaüd alanların sayı 883 min nəfəri ötüb

Ötən ay sosial müavinət və təqaüd alanların sayı 883 min nəfəri ötüb

27 Sentyabr 2026

Bu ilin avqust ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib.