REGES Group şəhidlərin xatirəsini yad edib - FOTO
27 Sentyabr – Anım Günü ilə əlaqədar REGES Group rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Anım Günü çərçivəsində şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri təqdim olunub.
Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi dərin ehtiram və minnətdarlıqla anılıb.













