Naxçıvan Prokurorluğunun kollektivi Zəfər abidəsini ziyarət edib - FOTO
27 Sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivi Naxçıvan şəhərində ucaldılmış Zəfər abidəsini ziyarət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Sənan Paşayev və prokurorluğun əməkdaşları Zəfər abidəsinin önünə gül dəstələri qoyaraq Vətən müharibəsində canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.













