İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub -

İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - FOTO

27 Sentyabr 2026

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dövlət başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib.

Sonra birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini dərin hörmətlə anıb.