Naxçıvanda şəhidlərin xatirəsi anılıb -

Naxçıvanda şəhidlərin xatirəsi anılıb - FOTO

27 Sentyabr 2026

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri şəhidlərin əziz xatirəsini yad ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səlahiyyətli nümayəndə və digər rəsmilər şəhidlərin məzarlarını ziyarət edərək məzarların üzərinə qərənfillər düzüblər. 

Ceyhun Cəlilov şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara ehtiram və başsağlığı ifadə edib.

“Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.