27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid ailələri ziyarət olunub -

27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid ailələri ziyarət olunub - FOTO

27 Sentyabr 2026

27 Sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının aparat rəhbəri, Şərur və Sədərək Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları, Konfederasiyanın Şərur rayonu üzrə nümayəndəsi və İdarə Heyətinin nümayəndəsinin iştirakı ilə Şərur və Sədərək rayonlarında şəhid ailələri ziyarət olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vətənin, millətin və bayrağın müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin bizlərə əmanət qoyduğu ailələrə sahib çıxmaq, onların yanında olmaq və qayğılarını bölüşmək ən mühüm vəzifələrimizdəndir.

Şəhidlərimizi dərin hörmət, ehtiram, rəhmət və minnətdarlıq hissi ilə bir daha anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!