Naxçıvanda şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı - FOTO
27 sentyabr - Anım Günü ilə bağlı ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Anım Günü ilə bağlı muxtar respublikada bir sıra tədbirlər təşkil olunub. Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksi, Naxçıvan şəhərində və rayonlardakı xiyabanlar, şəhid məzarları ziyarət olunub, gənclərin Şəhidlər xiyabanına yürüşü təşkil edilib, “Qəhrəmanlar unudulmur” mövzusunda rəsm sərgisi və Vətən müharibəsinə həsr olunmuş interaktiv dərs keçirilib.










