Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb

Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb

27 Sentyabr 2026

Ukraynanın paytaxtı Kiyev ətrafında mərkəzi "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücmuna məruz qalıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov ölüb.

O, bazarda ticarətlə məşğul olurmuş.

Hücum zamanı daha bir neçə azərbaycanlı yaralanıb. Onların kimliyi müəyyənləşdirilir.