Türkiyədə hərbi helikopter qəzaya uğrayıb
Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunun Samanköy ərazisində S-70 tipli hərbi helikopter qəzaya uğrayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
İlkin məlumata görə, qəza yerinə çoxsaylı yanğınsöndürmə, təcili tibbi yardım və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub.
Ərazidə baş verən kiçikmiqyaslı yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hazırda qəzanın baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının və hərbi qurumların nümayəndələri tərəfindən araşdırma aparılır.








