İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib -

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO, YENİLƏNİB

12 Noyabr 2026

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev sessiyada iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəldi.

İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşıladı.

Azərbaycan Prezidenti Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etdi.

Sonda toplantı iştirakçıları birgə foto çəkdirdilər.

X X X

"Avropa - güclü, təhlükəsiz və əlaqəli" mövzusuna həsr olunan budəfəki Zirvə Toplantısının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, həmçinin Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri yer alıb. Builki Toplantıda 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edir.