"Dövlət rüsumunun tutulması haqqında hesabat"ın forması yenilənib

"Dövlət rüsumunun tutulması haqqında hesabat"ın forması yenilənib

12 Noyabr 2026

"Dövlət rüsumu haqqında" qanunda edilmiş dəyişikliklərə uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə "Dövlət rüsumunun tutulması haqqında hesabat"ın forması və "Dövlət rüsumunun tutulması haqqında hesabat"ın tərtib edilməsi Qaydası yeni redaksiyada təsdiq olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə quruma istinadən xəbər verir.

Bununla əlaqədar əvvəlki hesabat forması və onun tərtib edilməsi qaydasını təsdiq edən sənədlər qüvvədən düşüb. Yenilənmiş hesabat forması və tərtib edilməsi qaydası ilə keçid vasitəsilə tanış olmaq mümkündür.