Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb
1 noyabr 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 57.192 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,9 faiz, hüquqi şəxslərin sayı isə 8,0 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz artaraq 1.985 olub. 2026-cı ilin yanvar-oktyabr aylarında kommersiya qurumlarının 83,0 faizi elektron, 17,0 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.








