İşçini qanunsuz işə məcbur etməyə görə cərimə nəzərdə tutulur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İşəgötürən işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə məsuliyyət daşıyırmı?
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsinə görə əmək müqaviləsinə xitam veriləcəyi, əmək müqaviləsində və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə 1.000 manatdan 2.000 manatadək məbləğdə cərimə edilir.
Sual Kəngərli rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Sərxan Həsənzadə tərəfindən cavablandırıldı.








