Hamiləlik dövründə boşanma mümkündürmü? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Arvadın hamiləliyi dövründə ər onun razılığı olmadan nikahın pozulmasını tələb edə bilərmi?
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Sual Babək rayon Prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Camal Sadiqov tərəfindən cavablandırıldı.








