Yetkinlik yaşına çatmamış şahidin dindirilməsi hansı qaydada aparılır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Yetkinlik yaşına çatmamış şahidin dindirilməsi hansı qaydada aparılır?
Cavab: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 228-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və ya digər formada təqdim edə bilərsə, o, yaşından asılı olmayaraq dindirilə bilər. Həmçinin, 14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış şahidin dindirilməsi müəllimin, psixoloqun, zəruri hallarda isə həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır.
Sual Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov tərəfindən cavablandırıldı.








