Naxçıvanda vergi daxilolmaları artıb

Naxçıvanda vergi daxilolmaları artıb

11 Noyabr 2026

2026-cı ilin yanvar – oktyabr aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 231,7 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10,9 faiz və ya 22,8 milyon manat çoxdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeyri-dövlət sektorundan daxilolmalar 174,9 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 18,5 faiz və ya 27,3 milyon manat artıb.

Ödənilən vergilərin 75,5 faizi qeyri-dövlət sektorunun, 24,5 faizi isə dövlət sektorunun payına düşüb.

2026-cı ilin yanvar – oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 3,8 milyon manatdan çox olub.