İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edir -

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edir - YENİLƏNİB

11 Noyabr 2026

Türkiyənin Antalya şəhərində noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Əvvəlcə "Anadolu atəşi" ansamblının ifasında müxtəlif rəqslər təqdim olunub.

Sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoni Quterreş, Avstraliya İttifaqının Baş naziri Entoni Albaniz, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli, Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.