NDU-da Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
12 Noyabr – Konstitusiya Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Konstitusiyası müasir hüquqi dövlət quruculuğunun ən mühüm nailiyyətidir” mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə müdiri Faiq Səfərov və universitetin baş müəllimi Elşən Rəcəbov çıxış ediblər.
Çıxışlarda 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətindən və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlardan bəhs olunub.
Bildirilib ki, Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasının, demokratik dövlət quruculuğunun əsas prinsiplərini müəyyənləşdirir.
Həmçinin gənclərin hüquqi biliklərinin artırılması, dövlətçilik ənənələrinə və milli dəyərlərə sadiq ruhda yetişməsi, fəal vətəndaş mövqeyi nümayiş etdirməsinin vacibliyi vurğulanıb.













