Naxçıvan Ali Məclisinin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının ilk iclası sentyabrın 30-da keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasın gündəliyinə bir məsələ daxil edilib.
Belə ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi məsələsinə baxılacaq.








