Naxçıvanda "Yaşıl enerji" istehsalı artıb
Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında əmtəəlik elektrik enerjisi istehsalı 360 133,4 mVt.saat təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9% artıb.
Naxçıvan MR Dövlət Statistika Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, istehsal olunan ümumi elektrik enerjisinin 59,7%-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.
Hesabat dövründə elektrik enerjisi istehsalı istilik elektrik stansiyalarında 145 228,8 mVt.saat, su elektrik stansiyalarında 175 507,1 mVt.saat, günəş və külək elektrik stansiyalarında isə 39 397,5 mVt.saat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin həcmi 44,6% artıb.








