Nə qədər mina zərərsizləşdirilib?
Azad olunan ərazilərdə noyabrın 2-dən 15-dək 33 tank əleyhinə mina, 152 piyada əleyhinə mina, 1343 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1459.5 hektar ərazi minalardan təmizlənib.








