Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib - FOTO
Noyabrın 16-da elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.











