10 ayda sığortaolunanların sayı 140 min nəfərə yaxın artıb

10 ayda sığortaolunanların sayı 140 min nəfərə yaxın artıb

15 Noyabr 2026

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 139 670 nəfər artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Beləliklə, bu ilin noyabrın 1-nə uçota alınmış sığortaolunanların sayı 5 467 767 nəfər olub.