Ramilə Seyidova Babək rayonunun Kültəpə kəndində vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova noyabrın 18-i saat 11:00-da Kültəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında vətəndaşları qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ailə, qadın və uşaq məsələləri ilə bağlı müraciəti olan vətəndaşlar qəbulda iştirak edə bilərlər.








