Ceyhun Cəlilov Ordubadda vətəndaşları qəbul edəcək

Ceyhun Cəlilov Ordubadda vətəndaşları qəbul edəcək

16 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov oktyabrın 24-də Biləv kəndində Ordubad rayonunun sakinlərini  qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 16-dan 21-dək Səlahiyyətli Nümayəndəliyin (Info@arpsn.gov.az) elektron poçt ünvanına rəsmi müraciət etməklə və ya (+994 36) 544 01 43 nömrəsinə zəng vurmaqla qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.