Ordubadda alma ağacı oktyabr ayında çiçək açıb
Ordubad rayonunda oktyabr ayında alma ağacının çiçək açması diqqət çəkib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, payız fəslinin ortalarında müşahidə olunan bu mənzərə yaz fəslinə xas olan çiçəklənmənin ilin fərqli vaxtında baş verməsi ilə maraq doğurur.
Mütəxəssislərin elmi izahlarına görə, ağacların mövsümdənkənar çiçəkləməsinə temperatur dəyişiklikləri və bitkinin inkişaf dövrünə təsir edən digər amillər səbəb ola bilər.








