Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb -

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

15 Noyabr 2026

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Millət Hacıyev bildirib.

Onun sözlərinə görə, xəsarət alan 11 nəfərin hamısı ətraflı müayinədən keçirilib. Hazırda onların bir qismi həkim nəzarətində saxlanılır, digərləri isə evə buraxılıb.

Millət Hacıyev qeyd edib ki, xəstələr arasında vəziyyəti ağır olan yoxdur. Ümumilikdə, bir nəfərdə travmatik zədə aşkarlanıb, digər şəxslərin xəsarətləri isə yüngül xarakter daşıyır.

16:50

Ordubad rayonunda avtobusun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci il təvəllüdlü Sura Möhsünlü, 1967-ci il təvəllüdlü Sara Məmmədova, 1979-cu il təvəllüdlü Raidə Əliyeva, 1992-ci il təvəllüdlü Gülşad Tağıyeva, 1966-cı il təvəllüdlü Cəmilə Tağıyeva, 1955-ci il təvəllüdlü Validə Həsənova və 1977-ci il təvəllüdlü Gülər Hacıyeva xəsarət alıblar.

İlkin məlumata görə, xəsarət alan şəxslər yas mərasimində iştirak etmək üçün yola düşərkən qəzaya uğrayıblar. Hazırda yaralıların tibbi müayinəsi davam etdirilir.

16:44

Ordubadda mikroavtobus aşıb, xəsarət alanlar var

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə rayonun Dırnıs kəndində baş verib və 11 nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşlarl cəlb olunun, faktla bağlı araşdırma aparılır