Naxçıvanda qəzaya düşən deputatın vəziyyəti məlum olub

Naxçıvanda qəzaya düşən deputatın vəziyyəti məlum olub

14 Noyabr 2026

Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu reanimasiya şöbəsinə yerləşdirilib. 1990-cı il təvəllüdlü, Naxçıvan MR Ali Məclisinin deputatı Zeynalov Təbriz Eyvaz oğlunun müalicəsi isə neyrocərrahiyə şöbəsində aparılır. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.