Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

14 Noyabr 2026

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq məhsul satılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,8 faiz artıb.