Maliyyə Nazirliyi 9 ayda 1 500-dən çox müraciət qəbul edib

Maliyyə Nazirliyi 9 ayda 1 500-dən çox müraciət qəbul edib

13 Noyabr 2026

Bu ilin yanvar-sentyabr aylarında Maliyyə Nazirliyinin aparatına 1 559 müraciət daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə nazirliyin 9 aylıq hesabatında bildirilir.

Sənədə əsasən, bunun, 1 158-i ərizə, 388-i şikayət, 13-ü təklif olub.

Hesabat dövründə nazirlikdə 80 vətəndaş qəbul edilib.