Naxçıvan Dövlət Kukla Teatrı Salyanda iki tamaşa ilə çıxış edəcək

Naxçıvan Dövlət Kukla Teatrı Salyanda iki tamaşa ilə çıxış edəcək

29 Oktyabr 2026

M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı mədəni əlaqələrin genişləndirilməsi və teatrlararası əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Salyan şəhərinə qastrol səfəri edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səfər çərçivəsində kollektiv Salyan Dövlət Kukla Teatrının səhnəsində teatrsevərlərə iki tamaşa təqdim edəcək. Belə ki, B. İsgəndərlinin “Özgəyə quyu qazan” və Ə. Ələsgərovanın “Dəcəl bacılar” tamaşaları nümayiş olunacaq.

Qastrol səfərinin əsas məqsədi teatr sənətinin təbliği, bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, yaradıcı təcrübə mübadiləsinin genişləndirilməsi və tamaşaçılara müxtəlif səhnə əsərlərinin təqdim edilməsidir.

Səfər, eyni zamanda, iki teatr kollektivi arasında dostluq münasibətlərinin inkişafına, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və milli teatr sənətinin bölgələrdə daha geniş təbliğinə xidmət edəcək.

Naxçıvan Dövlət Kukla Teatrının bu təşəbbüsü bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və teatr sənətinin inkişafı istiqamətində yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcək.