Naxçıvan Ali Məclisinin deputatı Avropa Şurasının rəhbər orqanına üzv seçilib

Naxçıvan Ali Məclisinin deputatı Avropa Şurasının rəhbər orqanına üzv seçilib

29 Oktyabr 2026

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin deputatı Xumar Məmmədova Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Regionlar Palatasının vitse-prezidenti seçilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, oktyabrın 27-29-da Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 51-ci sessiyasında Konqresin bir sıra rəhbər vəzifələrinə, o cümlədən Regionlar Palatasının vitse-prezidenti vəzifəsinə seçkilər keçirilib.

Avropa Mühafizəkarları və İslahatçıları Qrupunun namizədi, Azərbaycan nümayəndə heyətinin üzvü, Ali Məclisin deputatı X.Məmmədova keçirilən səsvermə nəticəsində Konqresin Regionlar Palatasının vitse-prezidenti seçilib.

Bununla Azərbaycan Avropa Şurasına 25 illik üzvlüyü tarixində ilk dəfə Konqresin rəhbər orqanında təmsil olunacaq.