Azərbaycanda ictimai fondlar yaradılarkən nizamnamə kapitalı ilə bağlı qoyulan tələb dəyişir
Azərbaycanda ictimai fondlar yaradılarkən nizamnamə kapitalı ilə bağlı qoyulan tələb dəyişir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla əlaqədar Mülki Məcəlləyə dəyişiklik təklif edilir.
Sənəd Milli Məclisin bugünkü plenar iclasının gündəliyinə salınıb.
Mövcud qanunvericiliyə görə, fond yaradılarkən onun nizamnamə kapitalı 10 min manatdan az olmamalıdır.
İndi isə layihədə təklif olunur ki, bu rəqəm 100 mindən az olmasın.








