Xocalıda yeni tut bağları salınıb

Xocalıda yeni tut bağları salınıb

17 Noyabr 2026

İşğaldan azad olunmuş Xocalı torpaqlarında aparılan genişmiqyaslı quruculuq və bərpa işləri çərçivəsində kənd təsərrüfatının ənənəvi sahələri də yenidən dirçəldilir. Rayon ərazisində geniş sahələrdə salınan yeni tut bağları yamyaşıl görüntüsü ilə göz oxşayır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aqrotexniki qaydalara uyğun şəkildə əkilən və müasir üsullarla becərilən bu tinglər gələcəkdə bölgədə ipəkçiliyin və baramaçılığın inkişafı üçün möhkəm yem bazası yaradacaq.