Qadınların peşə təhsilində iştirak göstəricisi 42 %-ə yüksəlib
Qadınların peşə təhsilində iştirak göstəricisi 32 %-dən 42 %-ə yüksəlib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Peşə Təhsili Forumu 2026"da çıxışı zamanı deyib.
O bildirib ki, peşə təhsilində qadınların iştirak payı artıb: "2022-ci ildə 32 % olan bu göstərici 2026-cı ildə 42 %-ə yüksəlib. Bu tendensiyanı növbəti illərdə də qoruyub saxlamağa çalışacağıq. 50-dən artıq ixtisas üzrə qadınların iştirak payı 70 %-dən çoxdur".
İ. Bayramlı əlavə edib ki, 2022-ci ildə peşə təhsili almaq üçün 29 min nəfər müraciət etdiyi halda, 2026-cı ildə bu göstərici 52 minə çatıb:
"Qəbul olunanların sayı isə müvafiq dövrdə 19 mindən 28 minə yüksəlib. Beləliklə, qəbul olunanların sayında 47 % artım qeydə alınıb".








