Mədəniyyət Nazirliyi ilə NDU arasında əməkdaşlıq memorandumu imzalanıb -

Mədəniyyət Nazirliyi ilə NDU arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

18 Noyabr 2026

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və birgə fəaliyyətin təşviqi məqsədilə görüş keçirilib.

Görüşdə tərəflər arasında mövcud əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi, tələbələrin mədəni tədbirlərdə iştirakının təşkili, eləcə də kadr hazırlığı istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.