Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 37 % artıb
2026-cı ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış obyektləri və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 168 yeni müqavilə bağlanılıb.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən bağlanmış müqavilələrin 109-u qeyri-yaşayış obyektləri, 59-u isə torpaq sahələri ilə bağlı olub. Hesabat dövründə 205 icarə müqaviləsinin müddəti isə uzadılıb.
Ötən 10 ay ərzində qüvvədə olan icarə müqavilələri üzrə muxtar respublika büdcəsinə ümumilikdə 783 min manat vəsait daxil olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 37,1 faiz çoxdur.








