SOCAR-dan Naxçıvan Muxtar Respublikasının yanacaq tələbatı ilə bağlı açıqlama
Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
Qeyd olunub ki, muxtar respublikanın tələbatı tam həcmdə ödənilir.








