Azərbaycanda hansı məhsullar bahalaşa bilər?

Azərbaycanda hansı məhsullar bahalaşa bilər?

18 Noyabr 2026

Polivinilxloridlə örtülmüş və ya hopdurulmuş bəzi tekstil materiallarının Azərbaycana idxalı üzrə gömrük tarifləri artırılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, hazırda 5 faiz və 0 faiz tarif tətbiq edilən iki mal kodu üzrə 2030-cu il dekabrın 31-dək 15 faizlik gömrük rüsumu müəyyənləşdiriləcək.

Belə ki, dəyişiklik 5903 mal mövqeyinə, yəni 5902 mal mövqeyindəki materiallardan başqa, plastmasla örtülmüş və ya təkrarlanmış tekstil materiallarına aiddir.

Belə ki, polivinilxloridlə bağlı 5903 10 100 0 alt yarımmövqeyində göstərilən hopdurulmuş materiallar üzrə mövcud 5 faizlik tarif 2030-cu il dekabrın 31-dək 15 faizlə əvəz olunacaq.

Eyni zamanda, 5903 10 900 0 alt yarımmövqeyi üzrə hazırda 0 faiz olan tarif də həmin tarixədək 15 faizə qaldırılacaq.

Qərara əsasən, bu dəyişikliklər qərarın dərc edildiyi 13 noyabr 2026-cı il tarixindən 30 gün sonra qüvvəyə minəcək.

Qeyd edək ki, gömrük rüsumlarının artırılması əsasən PVC (polivinilxlorid) ilə örtülmüş və ya hopdurulmuş tekstil materiallarına aiddir. Bu materiallardan reklam bannerləri, tentlər, çadırlar, su keçirməyən örtüklər, avtomobil salonları və mebel üçün üzlük materialları, çantalar, süni dəri və müxtəlif texniki tekstil məhsullarının istehsalında istifadə olunur.

Belə materiallar həm məişət, həm də sənaye və reklam sektorlarında geniş tətbiq edilir.