Hesablama Palatası: 2027-ci ilin dövlət büdcəsində təkmilləşmələrə ehtiyac var

Hesablama Palatası: 2027-ci ilin dövlət büdcəsində təkmilləşmələrə ehtiyac var

16 Noyabr 2026

2027-ci ilin dövlət büdcəsində təkmilləşmələrə ehtiyac var.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Palata qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini və digər sənədləri təhlil edib, bəzi göstəricilərin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətinə gəlib: "Mərkəzi icra hakimiyyəti orqanları ilə son iki ay ərzində intensiv müzakirələr aparılıb, nəticədə büdcə zərfində dəqiqləşdirmələr və əlavələr edilib.

"Büdcənin gəlir və xərc proqnozları nə dərəcədə əsaslandırılıb? Palata bu suala makroiqtisadi proqnozların, gəlirlərin, xərclərin, büdcə kəsiri və dövlət borcunun təhlili əsasında müfəssəl cavab verib. Büdcə sənədləri əhəmiyyətli aspektlər üzrə müvafiq hesabatlılıq çərçivəsinin tələblərinə əsasən, ümumilikdə düzgün və etibarlı təqdim edilib. Dövlət maliyyəsi, o cümlədən büdcə orta və uzunmüddətli dövrdə dayanıqlıdırmı? Makrofiskal risklər hansı səviyyədə qiymətləndirilib? Azərbaycanın makrofiskal çərçivəsi dövlət borcunun ÜDM-ə nisbətinin kritik hədlərdən əhəmiyyətli dərəcədə aşağı səviyyədə saxlanılması, habelə suveren fond aktivlərinin birbaşa likvidlik və kontrtsiklik sığorta funksiyaları hesabına yüksək ödəmə qabiliyyətini və borc dayanıqlığını nümayiş etdirirr", - deyə sədr əlavə edib.