Naxçıvan prokuroruna ali xüsusi rütbə təqdim edilib

Naxçıvan prokuroruna ali xüsusi rütbə təqdim edilib

28 Sentyabr 2026

Xəbər verir ki, sentyabrın 28-də Prokurorluğun inzibati binasında 1 Oktyabr – Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü münasibətilə tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2026-cı il tarixli Sərəncamına əsasən, prokurorluq əməkdaşlarına verilmiş ali xüsusi və hərbi rütbələr təqdim olunub.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi təqdim edilib.