Şərurda “Niva” aşıb

Şərurda “Niva” aşıb

23 Sentyabr 2026

Şərur rayonunun Axura kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Müəyyən edilib ki, “Niva” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Avtomobildə olan iki nəfər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə 1958-ci il təvəllüdlü Abbasov Cəfər İsa oğlu və 1990-cı il təvəllüdlü Abbasov Nuran Cəfər oğlunu avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər. Hər iki şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.