Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə prospektin 16 ünvanında qeydə alınıb. Məlumata görə, “BYD” markalı avtomobil yolu keçən 1985-ci il təvəllüdlü Həsənov Zakir Eldar oğlunu vurub.
Qəza nəticəsində xəsarət alan piyada Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.








