Hansı hallarda fövqəladə vəziyyət tətbiq edilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hansı hallarda fövqəladə vəziyyət tətbiq edilir?
Cavab: Azərbaycan Respublikasının 1995-ci il tarixli Konstitusiyasının 112-ci maddəsinə görə Azərbaycan Respublikasının Prezidenti
1) təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə,
2) habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə,
3) zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda,
4) vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə
Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı.








