Naxçıvanda “Şəhərsalma həftəsi” tədbiri keçirilib -

Naxçıvanda “Şəhərsalma həftəsi” tədbiri keçirilib - FOTO

22 Sentyabr 2026

Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma həftəsi” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sentyabrın 22-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə şəhərsalma və memarlığın müasir şəhər mühitinin formalaşdırılmasında rolu, ərazi planlaşdırılması, tikinti təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və şəhərlərin dayanıqlı inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Tədbirdə şəhərsalma sahəsində ictimai maarifləndirmənin artırılması və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.