Hədiyyənin təsadüfən sınmasına görə dəyərini ödəməliyəm? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hədiyəlik əşyalar satılan mağazada olarkən suvenir heykəl məndən asılı olmayan səbəbdən sınmışdır. Həmin suvenirin dəyərini ödəməliyəm?
Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.10-cu maddəsinə əsasən əmlakın təsadüfən zədələnməsi riski mülkiyyətçinin (satıcının) üzərinə düşür. Belə ki, həmin malların düzgün yerləşdirilməməsi, satıcının malların təhlükəsizliyi üçün lazımi şəraiti təmin etməməsi nəzərdə tutulur. Lakin mağazadakı məsulun qəsdən sındırılması və zədələnməsi zamanı dəymiş zərərin əvəzi tam şəklidə ödənilməlidir
Sual Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Heydər İbrahimli tərəfindən cavablandırıldı.








