Referendum nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Referendum nədir və hansı məsələlər referendum yolu ilə həll edilə bilər?
Cavab: Referendum sözü latın dilindən götürülüb, mənası məlumat verilməli olan məsələ, xalqın rəyinə təqdim olunmalı olan iş deməkdir. Azərbaycan Respublikasının 1995-ci il tarixli Konstitusiyasının 3-cü maddəsinə görə Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələləri yalnız referendumla həll oluna bilər. Lakin bəzi istisna hallar da vardır ki, həmin məsələlər üzrə referendum - ümumxalq səsverməsi keçirilə bilməz:
1) vergilər və dövlət büdcəsi;
2) amnistiya və əfv etmə;
3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.
Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı.








